
SMILE LAZER / RELEX
Miopiya və astiqmatizm müalicəsi üçün SMILE lazer üsulu ilə yaxındangörməni -10-ə və astiqmatizmi -5-ə qədər müalicə etmək olar. Bu təsir və təzyiqə meylli idmançılar və peşə sahibləri üçün uyğun müalicə üsuludur.
SMILE Lazer Üsulunun Xüsusiyyətləri
Miopiyada -10, astigmatizmda -5 dioptriyaya gədər müalicə
- Buynuz qişa biomexanikasının müdafiəsi
- Buynuz qişanın incə strukturuna uyğunluq
- Qapalı cərrahi texnika vasitəsilə kəsilmədən əməliyyat
- Tək mərhələli əməliyyat
SMILE Lazer Müalicəsinin Mərhələləri:
- Zeiss Visumax Femtosaniyə texnologiyası ilə gözün ön təbəqəsində (buynuz qişa) bir addımda incə lent parça əmələ gəlir.
- Cərrah bu lenti buynuz qişada acılan 2,0 mm dəlik vasitəsilə buynuz qişadan kənarlaşdırır. Hər hansı bir klapan (qapaqcıq) kəsməyə ehtiyac qalmır.
- Gözdə yaranan lentin çıxarılması nəticəsində buynuz qişanın forması dəyişir və gözün işıq sındırma defekti aradan qaldırılır. Hər hansı bir klapanların olmaması səbəbindən buynuz qişa biomexanikasına daha az təsir olunur.
Dünyagöz Hastanesi Yayın Kurulu tarafından hazırlanmıştır.
*Sayfa içeriği sadece bilgilendirme amaçlıdır. Tanı ve tedavi için mutlaka doktorunuza başvurunuz.
Son Yenilənmə Tarixi: 28.01.2023