
Miopiya Nədir?
Ümumi Anlayış
Miopiya uzağı aydın görə bilməmək problemidir. Büllur fokuslana bilmədikdə, məsafədə olan obyektləri görmək çətin olur, lakin yaxınlıqda olan obyektləri aydın şəkildə görmək olur. Miopiya görmə qüsurlarından ən geniş yayılanlardan biridir, adətən məktəb yaşlarında özünü göstərir və yetkinlik yaşına qədər artır.
Miopiya Səbəbləri Hansılardır?
Miopiya adətən genetik səbəblərdən yarana bilər. Lakin ətraf mühit faktorları da miopiyanın artmasına təsir edə bilir. Miopiyanın meydana gəlməsinin digər səbəbləri həddindən artıq çox oxumaq, yaxın məsafədən işləmək, ətraf mühitin şəraitidir. Uşaqlarda 6 - 13 yaş aralarında əmələ gələn miopiya bədənin böyüməsindən asılı olaraq arta bilər ki, bu da normal vəziyyət kimi qiymələndirilir.
Miopiya və astiqmatizmin əsas səbəblərindən biri keratokonus xəstəliyidir.
Miopiya Əlamətləri Hansılardır?
Uşaqlarda Miopiya Əlamətləri
- Gözlərini qıyaraq baxmaları,
- Gözlərini tez-tez ovuşdurmaları,
- Çəpgözlük,
- Müəyyən bir məsafədə olan obyektləri görməmələri,
Uşaqlarda gözlərin müayinəsi erkən diaqnoz və müalicə üçün vacibdir.
Yetkinlərdə Miopiya Əlamətləri
- Göz yorğunluğu və eyni zamanda baş ağrıları,
- Gecə avtomobil sürərkən görmə çətinliyi,
- Gözlərini qıymaq və ya qismən göz qapaqlarını bağlamaq ehtiyacı,
- Müəyyən bir məsafədən sonra bulanıq görmə.
Miopiya Müalicəsi Necə Aparılır?
Eynək və kontakt linzalar -miopiyanın ən geniş yayılmış müalicə üsuludur. Bu üsullar miopiyanın dərəcəsini azaltmır. Ancaq dərəcənin artmasının qarşısını almaq üçün istifadə edilməlidir.
Eynək və ya kontakt linzaları taxmağa üstünlük verməyənlərə tövsiyə edilən digər üsullar lazer və gözdaxili linzalardır. Bu üsullardan istifadə edərək, uzun müddətli görmə problemini müəyyən dərəcədə düzəldə bilərsiniz və eynəklərə və linzalara ehtiyac olmadan həyatınızı davam edə bilərsiniz.
Lazer terapiyasının ən geniş yayılmış üsulları SMİLE, LASIK, Femtosaniyə LASIK, i-LASIK və FRK-nın tətbiqidir.
Dünyagöz Hastanesi Yayın Kurulu tarafından hazırlanmıştır.
*Sayfa içeriği sadece bilgilendirme amaçlıdır. Tanı ve tedavi için mutlaka doktorunuza başvurunuz.
Son Yenilənmə Tarixi: 28.01.2023