
Femtosaniyə Lazer (Intralase)
Femtosaniyə lazer, miopiya, hipermetropiya, astiqmatizm kimi qüsurların müalicəsi üçün Refraktiv cərrahiyyə üçün istifadə olunan yeni bir lazer texnologiyasıdır. Femtosaniyə üsul kompyuter nəzarəti altında, bıçaqsız, lazer şüalarının köməyi ilə buynuz qişada istənilən səviyyədə incə kəsik yaratmağa imkan verir ki, bu da lazer cərrahiyəsinin uğuruna təsir edən xüsusi mühüm mərhələdir. Kəsiyin bıçaq yerinə lazer işığı ilə olunması riski minimuma endirir. Femtosaniyə lazer fərdi bir kəsik yaratmağa imkan verir ki, bu da əməliyyatın müvəffəqiyyətini artırır. Buynuz qişanın xüsusiyyətlərinə görə bəzi pasiyentlərə femtosaniyə köməyi ilə buynuz təbəqənin yaradılması üsulu bizim həkimlər tərəfindən xüsusilə tövsiyə olunur.
Bıçaqlı Lazer ilə;
- Planlaşdırılmamış cərrahi nəticələr, klapan yırtıqları
- İncə quruluşlu buynuz qişası olan insanlarda yüksək risk
- Göz refraksiyası yüksək olan insanlarada müalicənin mümkün olmaması
- Quru göz sindromunun yaranması riski
Bıçaqsız Femtosaniyı Lazer ilə;
- Buynuz qişanın incə quruluşu olan şəxslərdə planlaşdırılmış qalınlıqda klapanın kəsilməsi
- Göz refraksiyası yüksək olan insanlarda lazerin tətbiq olunma imkanı
- Əməliyyatdan sonra quru göz sindromunun yaranmasının aşağı riski
Dünyagöz Hastanesi Yayın Kurulu tarafından hazırlanmıştır.
*Sayfa içeriği sadece bilgilendirme amaçlıdır. Tanı ve tedavi için mutlaka doktorunuza başvurunuz.
Son Yenilənmə Tarixi: 28.01.2023