
Tez-Tez Verilən Suallar
- Katarakta əməliyyatından sonra mən əvvəlki görmə qabiliyyətimi bərpa edəcəyəm?
Gözdə görmə qabiliyyətini azaldan digər səbəb yoxdursa, katarakta əməliyyatı olunan göz aydın görməni bərpa edəcək.
- Katarakta əməliyyatı olduqdan sonra eynəkdən istifadə edəcəm?
Katarakta əməliyyat zamanı, siz gözə yerləşdiriləcək linzanin nömrəsini secərək uzağı və ya yaxını aydın şəkildə görə bilərsiniz. Beləliklə, əgər əməliyyat keçirən şəxsin gözü uzaq görmə üçün sıfırlanıbsa, o, eynəksiz uzağı aydın görə bilər, amma eynəklərdən yaxın görmə üçün istifadə etməlidir. Əgər gözə yerləşdirilmiş linzanın köməyi ilə pasiyent miop olacaqsa, o eynəksiz yaxını görə biləcək, amma uzaq məsafələr üçün eynəklərə ehtiyac yaranacaq. Əgər Multifokal linzalara üstünlük verilərsə, miopiya, hipermetropiya və astiqmatizm problemləri bir linzanın köməyi ilə həll edilə bilər.
- Katarakta əməliyyatı olunmaq üçün görmə qabiliyyətim çox aşağı olmalıdır?
Xeyr, katarakta əməliyyatı katarakta meydana gələndən və görmə zəifləməsi əmələ gələn andan hər hansı bir mərhələdə həyata keçirilə bilər.
- Kataraktanın proqressiv (irəliləmiş) mərhələsi əməliyyatın uğuruna təsir edirmi?
Bəli, çox irəliləmiş katarakta əməliyyatlarda problemlər daha çox olur. Bundan başqa, proqressiv katarakta zamanı əməliyyatın müddəti də artır.
- Katarakta əməliyyatı üçün narkoz almalıyam?
Katarakta əməliyyatı zamanı narkoz (ümumi anesteziya) uşaqlar və yenidoğulanlar istisna olmaqla tətbiq edilmir. Katarakta əməliyyatı zamanı yetkin xəstələrdə müxtəlif növ yerli anesteziyadan istifadə olunur. Periorbital sahəyə inyeksiya tədbiqi ilə, gözün anesteziyası əldə edilir və eyni zamanda göz hərəkətsizləşdirilir.
- Katarakta əməliyyatından sonra lazer əməliyyatı edə bilərəmmi?
Müayinədən sonra gözünüzün vəziyyəti uyğun hesab edilərsə, lazer əməliyyatı edilə bilər.
- Göz tənbəlliyim düzələrmi?
Katarakta əməliyyatı zamanı göz tənbəlliyi sindromu düzəlməyəcək. Göz tənbəlliyi müalicəsinin müxtəlif üsulları var.
Dünyagöz Hastanesi Yayın Kurulu tarafından hazırlanmıştır.
*Sayfa içeriği sadece bilgilendirme amaçlıdır. Tanı ve tedavi için mutlaka doktorunuza başvurunuz.
Son Yenilənmə Tarixi: 10.01.2023