Femtosaniyə Lazerlə Kataraktanın Müalicəsi
Əməliyyat zamanı göz damcıları ilə yerli anesteziya edilir, beləliklə əməliyyat narkozsuz, iynəsiz, bıçaqsız və ağrısız həyata keçirilir. Həmçinin bıçaqsız katarakta əməliyyatı adlandırılan "Femtosaniyə lazer" texnologiyasının köməyi ilə əməliyyatın ən mühüm mərhələləri bıçaqdan istifadə olunmadan həyata keçirilir. Bu üsulla fəsadların əmələ gəlməsi riski əhəmiyyətli dərəcədə azalır.
Katarakta əməliyyatlarında nadir hallarda olsa belə, bəzi ağırlaşmalar yarana bilər ki, hansılarının qarşısını təkcə cərrahın köməyi ilə almaq mümkün deyil. Bu ağırlaşmaların qarşısını almaq üçün həkim təcrübəsi vacibdir. Göz cərrahiyyəsində kataraktanın lazer müalicəsi dövrü başlanmışdır.
İntraokulyar Multifokal linzaların tətbiqi ilə "Femtosaniyə Lazer" texnologiyası həm uzaq və yaxın görmə problemini, həm də katarakta problemini bir əməliyyatda həll etməyə imkan verir.
Katarakta əməliyyatında bir çox insan hərəkətləri femtosaniyə lazerinin vizuallaşdırılmasının xüsusi üsulları ilə kompyuter tərəfindən idarə olunur.
Katarakta müalicəsində fəsad riskini minimuma endirən femtosaniyə lazerlə bıçaqsız katarakta müalicəsində süni gözdaxili linza yerləşdiyi yuva tam olaraq hazırlanır.
Beləliklə, kataraktadan əlavə, miopiya, hipermetropiya və astiqmatizm kimi qüsurları olan xəstələr də təkmilləşdirilmiş gözdaxili linzaların tətbiqi ilə uzaqdan və yaxından görmə üçün olan eynəklərdən asılılığı azaltmaq imkanı əldə edə bilərlər.
Dünyagöz Hastanesi Yayın Kurulu tarafından hazırlanmıştır.
*Sayfa içeriği sadece bilgilendirme amaçlıdır. Tanı ve tedavi için mutlaka doktorunuza başvurunuz.
Son Yenilənmə Tarixi: 10.01.2023