
İstifadə Olunan Gözdaxili Linzalar
Bu müalicə üsulu ilə büllur gözün içərisindən çıxarılır və çox fokuslu linza ilə əvəz olunur. Bu linzalarda müxtəlif halqalar mövcuddur. Bu halqaların bəziləri uzaq və bəziləri yaxın görmək üçündür. Beləliklə, həm uzaq, həm də yaxın məsafədə olan obyektlər aydın görmə qabiliyyətini təmin edən sarı ləkənin üzərinə düşür. Xəstələr onlara uyğunlaşan kimi, onların uzaq və yaxın məsafə üçün eynək asılılığı azala bilər.
Bu müalicə üçün xəstə seçimi çox vacibdir. Diqqət etmək lazımdır ki, xəstə üçün yaxını və ya uzağı görmək daha önəmlidir. Xəstə seçimində başqa bir əhəmiyyətli problem xəstənin göz bəbəyin ölçüsüdür. Müalicə katarakta əməliyyatı olduğundan, xəstələr həm katarakta problemlərini, həm də uzaq və yaxın görmə problemlərini bir əməliyyatla həll edə bilərlər.
İlk olaraq xəstə hərtərəfli göz müayinəsindən keçməlidir. Hər bir xəstənin gözü belə bir əməliyyat üçün uyğun olmaya bilər. Peşə, yaş, sosial fəaliyyət, oxuma vərdişi və intellektual səviyyə xəstələrin seçilməsində vacib əhəmiyyət kəsb edir. Bu əməliyyatlarda tibbi uğur xəstənin düzgün seçilməsi, lazımi texnika, əməliyyatı həyata keçirən müəssisə, həkimin təcrübəsi və əlbəttə linzaların düzgün seçilməsi sayəsində mümkündür.
Dünyagöz Hastanesi Yayın Kurulu tarafından hazırlanmıştır.
*Sayfa içeriği sadece bilgilendirme amaçlıdır. Tanı ve tedavi için mutlaka doktorunuza başvurunuz.
Son Yenilənmə Tarixi: 10.01.2023