Açık
Pozisyonlar
WHATSAPP
+908502224469

Uşaq Göz Sağlamlığı Haqqında

Göz xəstəliklərindən  xəbərsiz olduqları  səbəbindən  səhlənkarlıq nəticəsində  uşaqlarımız müalicəsi  yetkin  yaşlarında çox çətin olan problemlərlə üzləşə bilərlər. Bir çox ciddi göz xəstəlikləri erkən yaşda ortaya çıxır. Lakin uğurlu nəticələr erkən diaqnoz və düzgün müalicə ilə əldə edilə bilər.

0 yaşdan 16 yaşa qədər uşaqların gözlərini qorumaq üçün;

  • İlk 1 yaşında
  • Məktəbə başlamazdan əvvəl,
  • Məktəb dövründə mütəmadi göz müayinəsindən keçmək lazımdır.

Lakin, aşağıdakı əlamətlər zamanı uşaq göz xəstəlikləri üzrə mütəxəssisə (pediatrik oftalmoloqa) müraciət etmək üçün vaxt itirməmək lazımdır.

  • Çəpgözlük
  • Obyektləri izleme bilməməsi
  • Qözdə qızartı və ya yaşarma
  • Gözdə titrəmə
  • Bir gözü qıyma və ya bağlama
  • Qara olmalı göz bəbəyin ağ və ya bulanıq rəngdə olması
  • Obyektləri daimi gözə yaxın tutmaq
  • Başını bir yana əyərək baxmaq
  • Gözləri tez-tez ovuşdurmaq
  • Vaxtından əvvəl doğulma
  • Ailədə göz tənbəlliyinin halları
  • Ailə göz problemləri

Son Yenilənmə Tarixi: 05.02.2023

 

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al