
Kontakt Linzaların İstifadəsi
Kontakt Linzaların İstifadəsı
- Linzaları qabından çıxardın
- Linzanın daxili səthinin xaricə doğru çevrilmədiyinə əmin olun, əgər elədirsə düzəldin. (Kənarları yuxarıya baxmalıdır)
- Sol orta barmağınızla göz qapağınızı qaşınıza doğru çəkin.
- Linzanı sağ işarə barmağınızın üzərinə qoyun və sağ orta barmağınızla göz qapağınızı aşağı çəkin. Sonra linzanı işarə barmağınızla ehtiyatla gözünüzün ortasına yerləşdirin.
- Bu yerləşməni pozmadan aşağıya baxaraq linzanın tam oturduğundan əmin olun. Sonra göz qapaqlarınızı yavaş buraxın.
- Eyni hərəkətləri sol linza üçün də edin.
Linzaların Çıxarılma Üsulu
- Əllərinizi yaxşıca yuyun və qurudun
- Yuxarıya baxın. Sol əlinizlə üst göz qapağını yuxarı qaldırıb, sağ əlinizin orta barmağı ilə aşağı göz qapağını tutaraq işarə barmağınızı linzanın alt kənarına qoyun.
- Linzanı işarə barmağınızla gözünüzün rəngli hissəsindən aşağı sürüşdürün, baş və işarə barmağınız arasında sıxaraq ehtiyatla cıxardın.
- Dırnaqlarınızı istifadə etməkdən çəkinin.
Linzaların Baxımı və Təmizlənməsi
Linzalardan istifadə etməyin ilk mərhələləri
- Linza baxım vasitələrini əlinizin altında saxlayın.
- Təmiz, düz bir səth üzərində işləyin.
- Linzalardan istifadə etməzdən əvvəl əllərinizi lanolinsiz sabunla yuyun və yaxşıca qurulayın.
- Qarışdırmamaq üçün həmişə eyni linza ilə başlayın. (sağ və ya sol)
Təmizlənmə
- Linzanı ovucunuza qoyun.
- Linzanın üzərinə bir neçə damcı məhlul damciladın.
- İşarə barmağınızı irəli və geri hərəkət etdirərək linzanın hər iki tərəfini ehtiyatla silin (dırnaqlarınızdan istifadə etmədən).
- Hər çıxarıldıqdan sonra linzaların təmizlənməsi onların üzərində olan çöküntü qatını aradan qaldırır.
Yaxalama
- Linzanı təmizlədikdən sonra məhlulu yuyulana qədər üzərinə damladın.
- Hər təmizlənmədən sonra linzaların yuyulması çöküntülərin və toz hissəciklərin yuyulmasını təmin edir.
Dezinfeksiya
- Linzaların saxlama qabının bölmələrinə yerləşdirin.
- Linzaların məhlulda yaxşı batırıldığından əmin olun.
- Qabın qapağını yaxşı bağlayın.
- Linzaları qutuda ən azı dörd saat və ya bir gecə saxlayın.
- Hər çıxarıldıqdan sonra linzaların dezinfeksiya edilməsi qıcıqlanmaya və ya infeksiyaya səbəb olan mikroorqanizmlərin məhv olmasını təmin edir.
Dünyagöz Hastanesi Yayın Kurulu tarafından hazırlanmıştır.
*Sayfa içeriği sadece bilgilendirme amaçlıdır. Tanı ve tedavi için mutlaka doktorunuza başvurunuz.
Son Yenilənmə Tarixi: 24.02.2022