Qlaukoma Haqqında
Xalq arasında "Göz Təyziqi" və ya "Qara Su Xəstəliyi" olaraq bilinən qlaukoma, gözdaxili təzyiqinin tez -tez yüksəlməsi səbəbindən görmə sinirin zədələnməsidir. Xəstəliyin gec mərhələlərində özünü biruzə verən məkrli bir xəstəlik olan qlaukoma, gec diaqnoz qoyulduğu zaman optik sinirə ciddi ziyan vura bilər.
Qlaukoma Kimlərdə Olur?
Normal gözdaxili təzyiqindən yüksək təyziqi olan insanlarda qlaukoma inkişaf riski daha yüksəkdir; lakin bu, gözdaxili təzyiqi yüksək olan hər kəsin qlaukomaya malik olması demək deyil.
40 yaşdan yuxarı insanlarda qlaukoma riski artır.
Qlaukoma genetikaya bağlı ola bilər. Ailəsində qlaukoma halları olan insanlarda bu xəstəliyə tutulma riski daha yüksəkdir. Başqa sözlə, bir və ya daha çox gen qüsuru ola bilər və bu şəxslər xəstəliyə daha həssas ola bilərlər.
Diabet və hipotirioz (zob) olan xəstələrdə qlaukoma inkişaf riski daha yüksəkdir.
Ciddi göz travmaları gözdaxili təzyiqinin artmasına səbəb ola bilər. Digər risk faktorları arasında torlu qişanın qopması, göz şişləri və xroniki üveit və ya irit kimi göz xəstəlikləri ola bilər. Bəzi göz əməliyyatları da ikincili qlaukomanın inkişafına səbəb ola bilər.
Ümumiyyətlə yaxıngörmə kimi tanınan miopiyada qlaukoma tezliyi təxminən iki dəfə çoxdur.
Kortizonun uzun müddət istifadəsi (damcılar, ağızdan istifadə və ya dəri məlhəmi və s.) ikincili qlaukomanın yaranmasına səbəb ola bilər.
Bu xüsusiyyətlərə malik insanlara görmə sinirin zədələnməsinin erkən aşkar olunması üçün mütamadi olaraq göz müayinəsindən keçmək vacibdir.
Qlaukoma Səbəbləri
Göz təzyiqi gözdə xasil olunan və gözün qidalanması üçün lazım olan gözdaxili mayenin xaric edilməsinin mümkünsüzlüyü səbəbindən yüksəlir. Gözdaxili təzyiqin artması görmə sinirin neyronlarını zədələyir.
Qlaukoma Əlamətləri
- Səhərlər olan baş ağrıları
- Arada baş verən bulanıq görmə
- Gecələr işıqların ətrafında işıqlı halqaların görünməsi
- TV seyr edərkən gözətrafı ağrılar
Qlaukoma Riskini Artıran Faktorlar Hansılardır?
- Ailədə qlaukoma halların olması (genetik meyillik)
- 40 yaşdan yuxarı olmaları
- Diabet xəstəliyi
- Şiddətli anemiya və ya şoklar
- Yüksək-aşağı sistem qan təzyiqi (bədən qan təzyiqi)
- Yüksək miopiya
- Yüksək hipermetropiya
- Migren
- Uzunmüddətli kortizon terapiyası
- Göz xəsarətləri
- İrsi faktorlar
Bu xüsusiyyətləri olan insanlarda qlaukoma inkişaf riski hər zamankindən daha yüksək olduğundan, bu insanlar görmə sinirin zədələnməsinin erkən aşkarlanması üçün göz müayinəsindən mütəmadi olaraq keçməlidirlər.
Dünyagöz Hastanesi Yayın Kurulu tarafından hazırlanmıştır.
*Sayfa içeriği sadece bilgilendirme amaçlıdır. Tanı ve tedavi için mutlaka doktorunuza başvurunuz.
Son Yenilənmə Tarixi: 24.12.2022