Göz və Göz Qapaqları Şişləri
Okulyar onkologiya, göz və gözətrafı toxumaların şişləri ilə məşğul olan bir elm sahəsidir.
Göz Qapaqları Şişləri
Göz qapağında və göz ətrafında rast gəlinən şişlərin təxminən ¾ hissəsi xoşxassəlidir. Göz qapağında sağalmayan bir yara varsa, bədxassəli bir şiş olub olmadığını müəyyən etmək üçün bir oftalmoloqun müayinəsindən keçmək lazımdır. Cərrahi müalicə tələb olunur.
Gözyaşı Sisteminin Şişləri
Gözyaşı vəzin şişləri, gözyaşı çıxarıcı sistemin şişlərindən daha çox rast gəlinir. Yetkinlərdə daha çox rast gəlinir. Müalicə şiş növünə görə dəyişsə də, əməliyyat, kimyaterapiya və radioterapiya müalicədə tətbiq edilən üsullardır.
Gözdaxili Şişlər (Melanoma)
Uveal melanoma, yetkinlərdə ən çox rast gəlinən gözdaxili şişidir. Gözdə olarkən həyat üçün təhlükə yaratmır. Böyük ölçülü şişlər cərrahi müdaxilə və gözün çıxarılmasını (enukleasiya) tələb edir. Kiçik şişlər üçün şüa müalicəsi (radioterapiya), radiasiya müalicəsi (brakiterapiya), transpupiller termoterapiya (TTT) tətbiq oluna bilər.
Gözdaxili Şişlər (Retinoblastoma)
Retinoblastoma uşaqlıqda ən çox rast gəliən gözdaxili şişidir. Əməliyyat, şüa müalicəsi (radioterapiya), lazer tətbiqləri bu gün ən geniş istifadə edilən üsullardır.
Kapilyar Hemangioma
Bunlar, xüsusən də göz qapaqlarında, göz ətrafında və arxasında, anadangəlmə və ya doğuşdan sonrakı ilk aylarda yaranan xoşxassəli, kapilyar yumaqcıqından ibarət törəmədir. Görmə qabiliyyətinə təsir edən formaları müalicə edilməlidir.
Kavernoz Hemangioma
Yetkinlərdə ən çox rast gəlinən xoşxassəli orbital şişdir. Cərrahi müdaxilə ilə çıxarılmalıdır.
Limfangioma
Xoşxassəli damar zədələnməsi olmasına baxmayaraq, orbita toxumaları arasında yayıldığı və tədricən böyüdüyü üçün tamamilə sağalması çətindir. Müalicə vəziyyətə görə dəyişir.
Limfoma
Ən çox görülən orbital şişlərdən biridir və xəstəlik halları daim artır. Müalicədə vəziyyətdən asılı olaraq radiasiya müalicəsi (radioterapiya) və kimyaterapiya tətbiq olunur.
Meningioma
Bu, orbitin xoşxassəli neyrogen şişidir. Müalicə vəziyyətə görə dəyişir.
Optik Glioma
Optik sinir və optik yolların bir şişidir. Müalicə gözün vəziyyətindən asılı olaraq şüa terapiyası və ya cərrahiyyə ilə edilə bilər.
Rabdomiosarkoma
Uşaqlarda ən çox yayılmış bədxassəli orbital şişdir. Cərrahi müalicə, şua müalicəsi (radioterapiya) və dərman müalicəsi (kimyaterapiya) birlikdə tətbiq olunur.
Dünyagöz Hastanesi Yayın Kurulu tarafından hazırlanmıştır.
*Sayfa içeriği sadece bilgilendirme amaçlıdır. Tanı ve tedavi için mutlaka doktorunuza başvurunuz.
Son Yenilənmə Tarixi: 10.01.2018