Çəpgözlük Haqqında
Çəpgözlük gözlərin paralelliyinin itməsidir. Hər gözdə 6 ekstraokulyar əzələ var. Bu əzələlərdən biri və bir neçəsi daha güclü və ya daha zəif olduğu zaman çəpgözlük yaranır. Bir göz düz baxarkən, digər göz daxilə, xaricə, yuxarı və ya aşağı baxa bilər. Bəzi hallarda hər iki gözdə sürüşmə var. Çəpgözluk səbəbindən asılı olaraq davamlı və ya müvəqqəti ola bilər. Çəpgözlüyün tək səbəbi yoxdur. Çəpgözluk müxtəlif səbəblərdən meydana gələ bilər.
Çəpgözlük müalicəsində erkən diaqnoz çox vacibdir. İlk göz müayinəsinə gec gəldikdə, uşaqların gözlərində estetik problemlər ilə yanaşı ömür boyu qalan görmə problemləri yarana bilər. Uşaqların doğuşdan dərhal sonra və uşaqlıq dövründə gözdən şikayətləri olmasa belə, mütəmadi olaraq oftalmoloq tərəfindən müayinə olunmalıdır.
Çəpgözlüyün Səbəbləri
Çəpgözlüyün tək səbəbi yoxdur. Problemli hamiləlik dövrü, problemli doğuş, uşağın inkişafı və xəstəliklər çəpgözlüyə səbəb ola bilər. Çəpgözlüyə genetik meyl də var. Ailədə çəpgözlük varsa, uşaqlarda onun yaranma ehtimalı artır.
Uşaqlıqda, yəni 2 yaşdan sonra yaranan çəpgözlüyün səbəbi göz xəstəlikləridir. Çəpgözlüyə meylli bir uşaqda, qızdırmadan və ya travmadan (yıxılma, əməliyyatlar, qəzalar) sonra çəpgözlük başlaya bilər.
Göz əzələlərimizin hərəkətini istiqamətləndirən mərkəz beyindədir, buna görə də sinirlərin iflici göz çəpliyinə səbəb olur. Qəzalar, baş travması, qızdırmalı xəstəliklər, hipertenziya və diabet kimi xəstəliklər bəzi hallarda göz sinirlərinin iflicinə səbəb ola bilər. Bu şəkildə meydana gələn çəplik zamanı iflicin qalıcı olub-olmamasından asılı olaraq müalicə üsulu dəyişə bilər. Əzələ iflici səbəbiylə yaranan göz çəpliyi uşaqlarda tənbəl göz sindromuna və yuxarı yaş qruplarında cüt görməyə səbəb ola biləcəyi üçün müalicə mütləq lazımdır.
Çəpgözlüyün Əlamətləri
- Göz paralelliyin itirilməsi
- Göz yaşarması
- Ağrı
- Baş ağrısı
- Cüt görme
- Üçölçülü görmənin itməsi
- Bulanıq görmə
- Başı və ya üzü yana əyməsi
Körpəlikdə və uşaqlıqda baş verən bəzi çəpliklər yalançı çəpliklərdir. Yalançı çəplik göz qapaqlarının və burun kökünün eni səbəbindən meydana gələn bir görünüşdür. Bu vəziyyəti tam aydınlaşdırmaq üçün göz müayinəsi aparılmalıdır.
Eyni gözün daimi çəp qalması o gözdəki görmənin daha pis olduğuna işarədir və bu çox önəmlidir. Bu səbəblə birtərəfli çəplik zamanı körpələr və uşaqlar dərhal göz müayinəsindən keçməlidir.
Dünyagöz Hastanesi Yayın Kurulu tarafından hazırlanmıştır.
*Sayfa içeriği sadece bilgilendirme amaçlıdır. Tanı ve tedavi için mutlaka doktorunuza başvurunuz.
Son Yenilənmə Tarixi: 05.01.2022