İndi Axtar +90 850 222 44 69 - 365 gün 24 Saat Fasiləsiz Xidmət

GÖZ ESTETİKASI (OKULOPLASTİKA)

Orbital Cərrahiyyə

Tiroid ilə Əlaqəli Göz Xəstəlikləri (Greyvs Xəstəliyi)

Metabolizmın tənzimlənməsində mühüm rol oynayan tiroid (qalxanvari) vəzinin bəzi xəstəliklərində gözlərdə bəzi pozğunluqlar və deformasiyalar olur. Tiroid (qalxanvarı) vəzinin həddindən artıq aktiv olması (hipertiroidizm) zamanı daha çox rast gəlinir. Gözlərin qabarıqlığı (ekzoftalm, proptoz), göz qapaqlarının həddindən artıq açılması, çəpgözlük, cüt görmə və görmənin azalması kimi simptomlar müşahidə olunur. Tiroid orbitopatiyası və ya Greyvs orbitopatiyası olaraq da bilinən bu vəziyyət  yüngül və ya görmə itkisinə səbəb ola biləcək  kifayət qədər ağır dərəcədə ola bilər. Müalicə xəstəliyin müddəti, şiddəti və aktivliyi ilə müəyyən edilir.

Orbital iltihablar

Bədənin immun sistemi ilə əlaqəli qeyri mikrob mənsəli və mikrobların səbəb olduğu orbital iltihablar mövcuddur. Mikrobik infeksiyalar çox vaxt uşaqlarda və sinus infeksiyalarından sonra inkişaf etsələr də, hər yaşda bir çox faktor səbəbiylə xüsusilə də travmadan sonra  meydana gələ bilərlər. Erkən və düzgün müalicə olunmazsa, görməni və həyatı təhdid edən dərəcəyə çata bilər. Vəziyyətdən asılı olaraq dərman müalicəsi və ya cərrahi müalicə  həyata keçirilir. Müalicədə kortizona cavab yoxdursa, radioterapiya tələb oluna bilər.

Orbital Şişlər

Orbitdəki bütün xəstəliklərin təxminən 20% -i xoşxassəli və ya bədxassəli şişlərdir. Şiş göz ətrafındakı toxumalara və digər orqanlara, xüsusən də beyinə yayıla bilər və həyat üçün təhlükə yarada bilər. Buna görə xəstəliklərin erkən diaqnozu və müalicəsi vacibdir.

Orbital Zədələr

Orbital zədələr həyati vacib orqanlara yaxın olması səbəbindən həyatı da təhdid edə bilər. Buna görə xəstə ilk növbədə beyin və tənəffüs yollarının funksiyası baxımından qiymətləndirilir. Orbital zədələr zamanı  göz zədələnməsi riski də  yüksəkdir. Bu baxımdan əvvəlcə gözün vəziyyəti qiymətləndirilməlidir. Cərrahi müalicə istifadə olunur.

Gözün Anadangəlmə Kiçik Olması və ya Yoxluğu

Gözün ölçüsü və varlığı göz ətrafındakı toxumaların inkişafına stimul verdiyindən gözün inkişaf etmədiyi halda göz qapaqları, göz ətrafındakı yumşaq toxumalar və sümük çərçivəsi kifayət qədər böyüklüyə çatmır. Yüngül və orta dərəcədə, tədricən genişlənmiş qəliblər (conformer- doldurucu) istifadə olunur, daha ağır hallarda cərrahi müdaxilə tələb olunur.

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al