İndi Axtar +90 850 222 44 69 - 365 gün 24 Saat Fasiləsiz Xidmət

KONTAKT LİNZALAR

Kontakt Linzaların İstifadəsi

Kontakt Linzaların İstifadəsı

  • Linzaları qabından çıxardın
  • Linzanın daxili səthinin xaricə doğru çevrilmədiyinə əmin olun, əgər elədirsə düzəldin. (Kənarları yuxarıya baxmalıdır)
  • Sol orta barmağınızla göz qapağınızı qaşınıza doğru çəkin.
  • Linzanı sağ işarə barmağınızın üzərinə qoyun və sağ orta barmağınızla göz qapağınızı aşağı çəkin. Sonra linzanı işarə barmağınızla ehtiyatla gözünüzün ortasına yerləşdirin.
  • Bu yerləşməni pozmadan aşağıya baxaraq linzanın tam oturduğundan əmin olun. Sonra göz qapaqlarınızı yavaş buraxın.
  • Eyni hərəkətləri sol linza üçün də edin.

Linzaların Çıxarılma Üsulu

  • Əllərinizi yaxşıca yuyun və qurudun
  • Yuxarıya baxın. Sol əlinizlə üst göz qapağını yuxarı qaldırıb, sağ əlinizin orta barmağı ilə aşağı göz qapağını tutaraq işarə barmağınızı linzanın alt kənarına qoyun.
  • Linzanı işarə barmağınızla gözünüzün rəngli hissəsindən aşağı sürüşdürün, baş və işarə barmağınız arasında sıxaraq ehtiyatla cıxardın.
  • Dırnaqlarınızı istifadə etməkdən çəkinin.

Linzaların Baxımı və Təmizlənməsi

Linzalardan istifadə etməyin ilk mərhələləri

  • Linza baxım vasitələrini əlinizin altında saxlayın.
  • Təmiz, düz bir səth üzərində işləyin.
  • Linzalardan istifadə etməzdən əvvəl əllərinizi lanolinsiz sabunla yuyun və yaxşıca qurulayın.
  • Qarışdırmamaq üçün həmişə eyni linza ilə başlayın. (sağ və ya sol)

Təmizlənmə

  • Linzanı ovucunuza qoyun.
  • Linzanın üzərinə bir neçə damcı məhlul damciladın.
  • İşarə barmağınızı irəli və geri hərəkət etdirərək linzanın hər iki tərəfini ehtiyatla silin (dırnaqlarınızdan istifadə etmədən).
  • Hər çıxarıldıqdan sonra linzaların təmizlənməsi onların üzərində olan çöküntü qatını aradan qaldırır.

Yaxalama

  • Linzanı təmizlədikdən sonra məhlulu yuyulana qədər üzərinə damladın.
  • Hər təmizlənmədən sonra linzaların yuyulması çöküntülərin və toz hissəciklərin yuyulmasını təmin edir.

Dezinfeksiya

  • Linzaların saxlama qabının bölmələrinə yerləşdirin.
  • Linzaların məhlulda yaxşı batırıldığından əmin olun.
  • Qabın qapağını yaxşı bağlayın.
  • Linzaları qutuda ən azı dörd saat və ya bir gecə saxlayın.
  • Hər çıxarıldıqdan sonra linzaların dezinfeksiya edilməsi qıcıqlanmaya və ya infeksiyaya səbəb olan mikroorqanizmlərin məhv olmasını təmin edir.

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al