İndi Axtar +90 850 222 44 69 - 365 gün 24 Saat Fasiləsiz Xidmət

GÖZ ESTETİKASI (OKULOPLASTİKA)

Göz və Göz Qapaqları Şişləri

Okulyar onkologiya, göz və gözətrafı toxumaların şişləri ilə məşğul olan bir elm sahəsidir.

Göz Qapaqları Şişləri

Göz qapağında və göz ətrafında rast gəlinən şişlərin təxminən ¾ hissəsi xoşxassəlidir. Göz qapağında sağalmayan bir yara varsa, bədxassəli bir şiş olub olmadığını müəyyən etmək üçün bir oftalmoloqun müayinəsindən keçmək lazımdır. Cərrahi müalicə tələb olunur.

Gözyaşı Sisteminin Şişləri

Gözyaşı vəzin şişləri, gözyaşı çıxarıcı sistemin şişlərindən daha çox rast gəlinir. Yetkinlərdə daha çox rast gəlinir. Müalicə şiş növünə görə dəyişsə də, əməliyyat, kimyaterapiya və radioterapiya müalicədə tətbiq edilən üsullardır.

Gözdaxili Şişlər (Melanoma)

Uveal melanoma, yetkinlərdə ən çox rast gəlinən gözdaxili şişidir.  Gözdə olarkən həyat üçün təhlükə yaratmır. Böyük ölçülü şişlər cərrahi müdaxilə və gözün çıxarılmasını (enukleasiya) tələb edir. Kiçik şişlər üçün şüa müalicəsi (radioterapiya), radiasiya müalicəsi (brakiterapiya), transpupiller termoterapiya (TTT) tətbiq oluna bilər.

Gözdaxili Şişlər (Retinoblastoma)

Retinoblastoma uşaqlıqda ən çox rast gəliən gözdaxili şişidir. Əməliyyat, şüa müalicəsi (radioterapiya), lazer tətbiqləri bu gün ən geniş istifadə edilən üsullardır.

Kapilyar Hemangioma

Bunlar, xüsusən də göz qapaqlarında, göz ətrafında və arxasında, anadangəlmə və ya doğuşdan sonrakı ilk aylarda yaranan xoşxassəli, kapilyar yumaqcıqından ibarət törəmədir.  Görmə qabiliyyətinə təsir edən formaları müalicə edilməlidir.

Kavernoz Hemangioma

Yetkinlərdə ən çox rast gəlinən xoşxassəli orbital şişdir.  Cərrahi müdaxilə ilə çıxarılmalıdır.

Limfangioma

Xoşxassəli damar zədələnməsi olmasına baxmayaraq, orbita toxumaları arasında yayıldığı və tədricən böyüdüyü üçün tamamilə sağalması çətindir. Müalicə vəziyyətə görə dəyişir.

Limfoma

Ən çox görülən orbital şişlərdən biridir və xəstəlik halları daim artır. Müalicədə vəziyyətdən asılı olaraq radiasiya müalicəsi (radioterapiya) və kimyaterapiya tətbiq olunur.

Meningioma

Bu, orbitin xoşxassəli neyrogen şişidir. Müalicə vəziyyətə görə dəyişir.

Optik Glioma

Optik sinir və optik yolların bir şişidir. Müalicə gözün vəziyyətindən asılı olaraq şüa terapiyası və ya cərrahiyyə ilə edilə bilər.

Rabdomiosarkoma

Uşaqlarda ən çox yayılmış bədxassəli orbital şişdir. Cərrahi müalicə, şua müalicəsi (radioterapiya) və dərman müalicəsi (kimyaterapiya) birlikdə tətbiq olunur. 

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al