İndi Axtar +90 850 222 44 69 - 365 gün 24 Saat Fasiləsiz Xidmət

GÖZ ESTETİKASI (OKULOPLASTİKA)

Göz Qapaqları Əməliyyatı

Göz qapaqları əməliyyatı (blefaroplastika), aşağı və yuxarı göz qapaqlarından artıq yağ, əzələ və dəri toxumalarının çıxarılması və bu toxumaları dəstəkləyən göz ətrafındakı hissələrin dartılması prosesidir. Bu cərrahi tətbiq ilə yuxarı və aşağı göz qapaqlarının içəriyə və ya xaricə çevrilməsi, artıq yağ yığılması səbəbindən torbalar və göz ətrafındakı qırışlar düzəldilir.

GÖZ QAPAĞIN SALLANMASI NƏDİR?

Yuxarı  göz qapağının sallanması  "Ptoz" adlanır. Anadangəlmə və ya müxtəlif səbəblərdən sonra yaranan göz problemidir və üst göz qapağın qüzehli qişanın yuxarı kənarından 1 mm-dən çox sallanması şəklində özünü göstərir. Sallanmış göz qapaqları olan xəstələr yalnız estetik baxımdan deyil, həm də görmə sahəsinin daralması kimi problemlərə səbəb olacağı üçün müalicə edilməlidir. Uşaqlarda göz qapaqlarının sallanması tənbəl gözə səbəb ola bilər. Tənbəl göz yaranarsa, 6 yaşına qədər əməliyyat olunmalıdır.

Xəstəlik hər yaşda yarana bilməklə, anadangəlmə (anadangəlmə ptoz) və ya sonradan yarana bilən ola bilər.

 

Göz Gapağının Anadangəlmə Xəstəlikləri

Ptoz, üst göz qapağının anadangəlmə xəstəlikləri arasında ən çox yayılmış  patologiyasıdır. Bundan əlavə, göz qapaqlarının yapışması (ankiloblefaron), göz qapağının kənarının içəriyə (entropion) və ya xaricə (ektropion) çevrilməsi, göz qapağının natamam formalaşması (koloboma), əlavə kiprik sırası (distixiazis)  kimi göz qapaqlarının patologiyaları ola bilər.

GÖZ SALLANMASININ ƏLAMƏTLƏRİ HANSILARDIR?

Göz qapaqlarının sallanması çox vaxt irsi problemlərin və ya əzələ xəstəliklərin səbəbindən ola bilər.

Göz qapaqları sallanması olan xəstələrin əlamətləri aşağıdakılar ola bilər

  • Qaşlarını qaldırmaqla göz qapaqlarını yuxarı çəkməyə çalışır
  • Üzündə yorğun və donuq bir ifadə
  • Qözdə quruluq və ya həddindən artıq yaşarma
  • Görmə sahədə daralma

GÖZ QAPAĞI SALLANMASININ MÜALİCƏSİ NƏDİR?

Ptozun müalicəsi cərrahi yolla mümkündür. Bu problem hər yaşda göründüyü üçün müalicə üsulları yaş qruplarına görə dəyişə bilər. Bir qayda olaraq, uşaqlarda görmə problemləri və ambliyopiyanın inkişafının qarşısını almaq üçün cərrahi müdaxilə aparılır, bundan sonra okklyuziv terapiya ilə xüsusi eynəklərin və göz damlalarının istifadəsini tövsiyə etmək mümkündür. Xəstə yetkindirsə, göz qapağının kənardan belə görsənən görmə səviyyəsini aşağı sala bilən artıq toxuma götürülə bilər  və ya  göz qapağını tutan əzələni gücləndirmək üçün əzələyə müdaxilə edilə bilər.

Göz qapaqlarının sallanmasına görə cərrahi müdaxilə tələb olunduqda, müalicə okuloplastika mütəxəssislərimiz tərəfindən aparılır. Əməliyyat təxminən 20 dəqiqə çəkir və yerli anesteziya altında tətbiq edilir.

Üst Göz Qapağının Anadangəlmə Xəstəlikləri Hansılardır?

Ptoz, üst göz qapağının anadangəlmə xəstəlikləri arasında ən çox yayılmış  patologiyasıdır. Bundan əlavə, göz qapaqlarının yapışması (ankiloblefaron), göz qapağının kənarının içəriyə (entropion) və ya xaricə (ektropion) çevrilməsi, göz qapağının natamam formalaşması (koloboma), əlavə kiprik sırası (distixiazis)  kimi göz qapaqlarının patologiyaları ola bilər.

Yaşla Bağlı Göz Qapaqları Dəyişiklikləri Hansılardır?

Yaşlanma ilə qaşların və göz qapaqlarının sallanması, alt göz qapağının içəriyə və ya xaricə çevrilməsi, göz ətrafında torbaların, çökəkliklərin və qırışların əmələ gəlməsi müşahidə olunur. Bu şikayətlərə gənclərdə irsi faktorlar  səbəbindən də ola bilər. Qapaq ətrafındakı dəyişikliklər insanı bədbəxt, yorğun və yuxulu görsədir.  Müalicə metodu problemin növünə görə təyin olunur.

Kiprik Batması Nədir? (Trixiazis, Distixiazis)

Kiprik batması anadangəlmə (distikiazis) və ya bəzi göz qapağı xəstəliklərdən sonra, qapaq kənarının (entropion) ya da sadəcə kipriklərin (trixiazis) icəriyə doğru çəvrilməsi nəticəsində olur.

Göz Qapağının Anadangəlmə Xəstəliklərinin Müalicəsi Nədir?

Ptoz, üst göz qapağının anadangəlmə xəstəlikləri arasında ən çox yayılmış  patologiyasıdır. Bundan əlavə, göz qapaqlarının yapışması (ankiloblefaron), göz qapağının kənarının içəriyə (entropion) və ya xaricə (ektropion) çevrilməsi, göz qapağının natamam formalaşması (koloboma), əlavə kiprik sırası (distixiazis)  kimi göz qapaqlarının patologiyaları ola bilər.

Göz Qapağının İçəriyə Doğru Çevrilməsi Nədir? (Entropion)

Ümumiyyətlə alt göz qapağında meydana gələn entropion, göz qapağı içəri çevrildikdə əmələ gəlir. Göz qapağının kənarının içəriyə doğru çevrilməsi anadangəlmə və ya sonradan inkişaf edə bilər. Cərrahi müalicə istifadə olunur.

Göz Qapağının Xaricə Doğru Çevrilməsi Nədir? (Ektropion)

Göz qapağının kənarının xaricə doğru çevrilməsi ümumiyyətlə yaşlanma nəticəsində baş verir. Göz qapağını əhatə edən sinirin anadangəlmə iflicindən (üz sinir iflici) və zədələrdən sonra da inkişaf edə bilər. Cərrahi müalicə istifadə olunur.

Üz Siniri İflicinin Müalicəsi Mümkündürmü? (Üz iflici)

Qaşların, göz qapaqların və üzün hərəkətini təmin edən sinir hər hansı səbəbdən çalışmadığı zaman üz iflici meydana gəlir. Müvəqqəti iflic zamanı göz qoruyucu müalicə tətbiq olunur. Davamlı iflic üçün müxtəlif cərrahi müalicələr tətbiq olunur.

Gözaltı Torbalar Necə Müalicə Olunur?

Göz altı torbaların meydana gəlməsinin ən əhəmiyyətli səbəbi genetik səbəb, yəni irsiyyətdir. İkinci səbəb tiroid xəstəliyidir. Göz altı torbalar insana daha yaşlı və yorğun bir görünüş verir. Artıq yağ toxumalarının çıxarılması və ya yerlərinin dəyişdirilməsi ilə müalicə olunur.

Əməliyyatlar yerli anesteziya altında həyata keçirilir və nəticələri uzun müddətlidir. Alt göz qapağına olan müdaxilələr adətən dərini kəsmədən qapağın daxili səthindən həyata keçirilə bilər. Beləliklə, əməliyyatdan sonra qapaqda  iz və ya deformasiya probleminin qarşısı alınır.

Qaş Qaldırma Əməliyyatı Nədir?

Xəstələrdə qaşların sallanması və göz qapaqlarında artıq dəri ola bilər. Adətən, yaşa və ya genetikaya görə qaşların yan hissələri cazibə qüvvəsi ilə aşağı çəkilə bilər. Belə bir düşmə göz qapaqlarında yük yaradır, artıq göz qapağı dərisi yaradır və estetik görünüşü korlayır.

Düz brovpeksiyada  kəsik, qaşların üstündən saçlara paralel olaraq aparılır və qaş yuxarı qaldırılır. Bu kəsik skalpel və ya karbon dioksid lazerlə edilə bilər. Kəsik  izi 3-6 ay ərzində görünməz olur, ancaq bir müddət görünə bilər. Nadir hallarda istifadə olunur.

Daxili brovpeksiyada, blefaroplastika dediyimiz texnikada olduğu  kimi göz qapağı xəttindən bir kəsik edilir. Xüsusilə qaşın xarici 1/3 hissəsinin aşağı sallanması zamanı effektivdir. Bu, qaşlarda iz buraxmayan bir üsuldur.

BLEFARİT (KİPRİK DİBİ İLTİHABI) NƏDİR?

Hər bir kirpiyin dibində vəzi axacağı var. Bu vəzilər gözümüzün ən şəffaf qatını (buynuz qişa) qidalandıran və nəmləndirən maye ifraz edir. Beləliklə, görmə qabiliyyətimiz aydınlaşır.

Bəzi insanlarda bu axacaqlar dar olur. Meybom vəziləri adlanan bu vəzilər stenoz səbəbiylə yoluxur. Kirpiklərin dibində kəpəklərin yaranmasına, kirpiklərin tökülməsinə və tez -tez iltihablanmasına səbəb olur, hətta göz qapaqlarında kistin - XALAZIONUN əmələ gəlməsinə səbəb ola bilər.

Blefarit xroniki bir xəstəlikdir. Xəstə həkimdən həkimə gedir və bir müalicə axtarır. Hər həkim fərqli bir antibiotik damcısı və ya krem ​​təyin edir, xəstə sağalacağını düşünür. Ancaq əsas müalicə  İSTİ SARĞILAR və HƏR SƏHƏR KİPRİK DİBİNİN TƏMİZLƏNMƏSİDİR. Bəzi xəstələr səhərlər vaxt məhtudiyyəti olduğundan  kirpik təmizləməklərini axsamlar edir. Önəmli olan kirpiklərin dibini hər gün təmizləməkdir.

Blefarit, seboreyalı və rozasealı xəstələrdə xəstələrində tez-tez rast gəlinir.

MÜALİCƏ:

Eye Relax cihazı. Xəstə bu cihazı alıb evdə istifadə edir. Bu cihazla göz qapaqları hər səhər və ya axşam 5-10 dəqiqə qızdırılır və meybom vəzilərin mənfəzi boşaldılır. Beləliklə, blefarit aradan qaldırılır.

IPL (intense pulse light) müalicəsi.  Bu cihazla xəstə xəstəxanada müalicə olunur. Xəstə həkimin təyin etdiyi fasilələrlə (təxminən 1 ay və ya 3 ay ərzində həftədə bir dəfə) bu cihazla müalicə olunur. Bu cihazla meybom vəzilərinə və göz qapaqlarına müəyyən dozada enerji verilərək xəstəlik müalicə olunur. Həm də quru gözlərdə istifadə edilən bir texnikadır.

Hər gün isti sarğı. Gün ərzində göz qapaqlarınızı qaynar su ilə tez -tez yuyun. İsti suyun tətbiqi, məsələn duş, sauna və spa mərkəzində,  blefariti aradan qaldırır. Gün ərzində gözlərinizi nə qədər tez yusanız, bir o qədər rahat olacaqsınız. Bu təcrübə hətta gün ərzində 20-30 dəfə tətbiq oluna bilər. İstəyirsinizsə, bunu bir pambıq  və ya isti suya batırılmış bir parça ilə də edə bilərsiniz.

Masaj. İsti kompresdən sonra, alt göz qapağını kirpiklərin əsasına sıxaraq vəzilərin tərkibini boşaldın. Vəzinin dar kanalları isti su ilə genişləndiyindən masaj zamanı vəzilərin kanalları dərhal boşalır.

Şampun. Bu şampunu gecə kirpiklərinizin dibinə tətbiq edəcək və yumadan yatacaqsınız. Bu prosedurdan əvvəl göz qapaqlarınızı kirpik dibinin vəzilərini yumşaldan isti (dözə biləcəyiniz qədər) su ilə yumaq lazımdır.

Dərman salfetləri ilə təmizləmə. Kirpiklərin dibində kəpək və qabıqlanma göründüyü üçün hər səhər isti kompresdən sonra kirpiklərin dibini təmizləmək və masaj etmək  lazımdır. S. aureus mikrobu və demodeks parazitləri kirpiklərin dibinə yerləşdiyindən dərman salfetləri ilə təmizləmək blefariti tez müalicə edəcək. Müalicəvi salfetlər göz şampunlarından daha təsirli olur və birlikdə istifadə edildikdə təsir daha da artır.

Antibiotik damcıları. Həkiminiz lazım bilərsə, mikroblar və parazitlər əlehinə damcılar təyin edər. Bu damcıları həkimin göstərişi ilə istifadə edin. Bu müddət adətən 7 gün olur. Sonra dərmanı dayandırın. İsti sarğı, masaj və dərman salfetləri ilə təmizləməyə davam edin.

Unutmayın ki, blefarit xroniki bir xəstəlikdir. Beləliklə təkrarlana bilər. Buna görə yuxarıdakı təlimatları 3 ay ərzində tətbiq edin. Təkrar olduqda eyni addımları təkrarlayın. Çarə budur.

Eynək istifadəsi. Eynək lazımdırsa və taxmasanız, blefarit çox vaxt təkrarlanır və müalicəyə cavab vermir. Bu vəziyyətdə eynək istifadə etmək və ya gözləriniz uyğun gəlsə, qüsuru eksimer lazerlə düzəltmək daha yaxşıdır.

Stress. Stresli və depressiv insanlarda blefarit və xalazion çox tez-tez rast gəlinir.

Qadınlarda göz qələmindən istifadə. Kirpiklərin əsası qələmlə tıxandığı üçün göz gələmi istifadə edən qadınlarda blefarit və xalazion tez -tez rast gəlinir. Blefarit və ya xalazion varsa, göz gələmini həyatınızdan tamamilə uzaqlaşdırmanızı məsləhət görürük. Digər tərəfdən, tuş  kirpiklərin əsaslarına deyil yalnız uclarına tətbiq olunmalıdır.

Qısacası: GECƏ YATMAZDAN ƏVVƏL ŞAMPUNU İSTİFADƏ EDİB SƏHƏRLƏR DƏRMANLI SALFETLƏ TƏMİZLƏYİN

XALAZİON

Müalicə olunmazsa, blefarit və itdirsəyi (hordeolum) xalaziona çevrilir. Xalazion əmələ gəldisə, ƏMƏLİYYATDAN BAŞQA HEÇ BİR MÜALİCƏSİ YOXDUR. Əməliyyat göz qapağının daxili səthindən edildiyindən heç bir tikiş tətbiq olunmur və heç bir  izi qalmır. Xalazion əməliyyatı gecikərsə, digər qapaqları da yoluxdura bilər və bütün qapaqlarda əməliyyat tələb oluna bilər. Xalazion inkişaf edərsə, 1 ay kecmədən əməliyyat olun. Xalazion əməliyyatından sonra yuxarıdakı müalicə bölməsində izah edilənləri etsəniz, xalazionun təkrarlanmasının qarşısını alacaqsınız.

Badam Göz Estetikası Nədir?

Badam gözü estetik əməliyyatlarında gözlər bir qədər yuxarı qaldırılır. Son zamanlarda olduqca tez -tez həyata keçirilməyə başlanan və bir çox qadını xoşbəxt edən bu əməliyyatlar üz və göz ətrafına daha estetik bir görünüş verir Badam gözü əməliyyatı sayəsində gözlərin künclərində, qadınların ən çox makiyaj etdikləri və zamanla deformasiyaların meydana gəldiyi sahələrdə tamamilə yeni bir estetik görünüş əldə edilir.

Badam Göz Estetik Əməliyyatı Necə Aparılır?

Badam gözü estetik əməliyyatları yerli və ümumi anesteziya altında aparılır. Əməliyyatdan əvvəl tətbiq edilən anesteziya sayəsində əməliyyat zamanı heç bir ağrı hissi yoxdur. Əməliyyat təxminən 1 və ya 1,5 saat ərzində tamamlanır. Üst və alt göz estetiğkası və qaş gərmə estetikası kimi əməliyyatlar birlikdə də həyata keçirilə bilər. Əməliyyatdan sonra ümumiyyətlə ağrı yoxdur, ancaq hematom və ya şişkinlik meydana gələ bilər. Bu şişkinliklər  təxminən 5-7 gün davam edir.

 

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al